ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

İranın Qeşm adasındakı yaşayış evinə zərbə təxminən 900 kiloqram çəkisi olan Amerikanın "Mark-84" aviabombası ilə endirilib. 

Referans Media xəbər verir ki, "The New York Times" qəzeti videoyazıları, fotoşəkilləri və peyk görüntülərini təhlil edərək bu qənaətə gəlib.

İran mediasının məlumatına görə, xilasedicilər dağıntılar altından iki uşağı çıxararaq xəstəxanaya çatdırıblar. Lakin ailə başçısı, onun həyat yoldaşı və ikiyaşlı oğulları həyati təhlükə yaradan xəsarətlər alıblar. 
 

Qəzet qeyd edir ki, kraterin (çuxurun) ölçüsü və sursatın aşkar edilən qalıqları ABŞ-nin silahlanmasında olan ən güclü qeyri-nüvə aviabombalarından biri — "Mark-84"ün tətbiq edildiyini sübut edir.


Müəlliflər yazırlar ki, sıx məskunlaşmış rayonda bu qədər güclü sursatdan istifadə edilməsi ABŞ hərbçilərinə qarşı suallar doğurur. Nəşrin qiymətləndirməsinə görə, partlayış 20-yə yaxın evə ziyan vurub, qəlpələr isə onlarla metr məsafəyə yayılıb.

Bununla yanaşı, jurnalistlər dağıdılmış evin yaxınlığında hər hansı bir İran hərbi obyektinin olduğunu aşkar etməyiblər.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəsmi nümayəndəsi Tim Hokins hadisə ilə bağlı araşdırma aparıldığını bildirib. O vurğulayıb ki, "Amerika hərbçiləri heç vaxt dinc əhaliyə zərbə endirmir".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki