Motosikleti “protiv” sürdü, hamıya təhlükə yaratdı – VİDEO

Son vaxtlar Bakıda və paytaxt ətrafında motosiklet sürücülərinin yol hərəkəti qaydalarını pozması və qəzalar törətməsi hallarına tez-tez rast gəlinir.

Referans Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə motosiklet sürücüsünün xuliqanlıq hərəkətləri etməsinə dair daha bir görüntü yayılıb.

Görüntülərdən məlum olur ki, həmin sürücü Bakı şəhəri ərazisində nəqliyyat vasitəsini uzun müddət əks hərəkət zolağı istiqamətində idarə edir və digər hərəkət iştirakçılarına, eləcə də öz həyatına ciddi təhlükə yaradır.

Həmin görüntüləri təqdim edirik:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki