ABŞ prezidenti Donald Tramp əvvəllər məxfi məlumatlarla düzgün işləməməkdə günahkar olduğunu etiraf edən keçmiş milli təhlükəsizlik müşaviri Con Boltona sərt cəza gözləyir.
Referans Media xəbər verir ki, Amerika lideri bunu Truth Social-da açıqlayıb: "Ümid edirəm ki, onunla sərt davranılacaq. Çox axmaq, qeyri-sabit, səriştəsiz keçmiş ABŞ nümayəndəsi Con Bolton günahını etiraf etdi! O, dəhşətli bir insandır, yalnız problem yaratmaq və müharibələrə başlamaq istəyən, hara getsə lazımsız yerə ölüm və dağıntı səpən dəli bir insandır".
Qeyd edək ki, Bolton dünən Vaşinqton məhkəməsində məxfi məlumatların düzgün işlənməməsi ilə bağlı günahını etiraf edib. O, əvvəllər ittihamların bir maddəsi və 2 milyon dollardan çox cərimə ilə razılaşaraq etiraf müqaviləsi bağlamışdı. Boltonla bağlı məhkəmə qərarı 28 oktyabrda elan ediləcək. Keçmiş prezident müşaviri beş ilə qədər həbs cəzası ilə üzləşə bilər.
