Nəriman Həsənzadənin vəziyyəti açıqlandı

“Nəriman Həsənzadənin vəziyyəti ağır-stabil olaraq qalır”.

Bu sözləri açıqlamasında Azərbaycanın Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost deyib.

O bildirib ki, şairin müalicəsi Mərkəzi Klinikada aparılır.

Xatırladaq ki, 95 yaşlı N.Həsənzadə ötən gün xəstəxanaya yerləşdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki