Şabranda itkin düşən kişinin meyiti göldə TAPILDI

Şabranda göldən meyit tapılıb.

Referans Media Lent.az-a isdinadən xəbər verir ki, hadisə Hacıqaraqaşlı kəndinin ərazisində qeydə alınıb.

Çölquşçu kənd sakini 52 yaşlı Kamil Sabir oğlu Mirzəyevin meyiti göldə aşkar edilib. Meyiti tapılmazdan əvvəl onun itkin düşdüyü və tapılması üçün axtarışlar aparıldığı bildirilir.

K.Mirzəyevin meyiti sudan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki