“Qarabağ”dan ayrılan Leandro Andradənin yeni ünvanı açıqlandı

“Qarabağ”dan ayrılacağı gözlənilən Leandro Andradenin yeni klubu müəyyənləşib.

Referans Media  xəbər verir ki, bu barədə TaToTake nəşri məlumat yayıb.

 

Məlumata görə, 25 yaşlı vinger artıq tibbi müayinədən keçib, “Polissya” ilə 3 illik müqavilə imzalayıb. Andrade yeni komandasında ilk məşqinə də çıxıb.

 

Qeyd edək ki, Leandro Andrade 2022-ci ildən “Qarabağ”ın formasını geyinirdi. O, Ağdam təmsilçisinin heyətində bütün turnirlərdə 213 oyunda meydana çıxaraq 60 qol vurub, 61 məhsuldar ötürmə ilə yadda qalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki