Niyaməddin Musayevin qızının kimliyi təəccübləndirdi – FOTO

Son günlər yerli mediada Xalq artisti Niyaməddin Musayevin qızı Röyanın açıqlamaları geniş yer alır.

Xalq artistinin qızı atasının ifa etdiyi və yazdığı mahnıların müəlliflik hüququnun ona məxsus olduğunu bildirib.

Referans Media  xəbər verir ki, Oxu24.com Xalq artistinin qızı Röya Musayeva ilə bağlı maraqlı faktlar əldə edib.

Məlumata görə, Röya Musayeva polkovnik rütbəsindədir. O, uzun müddət  FHN – də məxfi şöbənin rəisi vəzifəsində çalışıb.

Röya Musayeva  Xarici Dillər Universitetinin ingilis dili fakültəsini bitirib.

Niyaməddin Musayev qızının şərəfinə musiqi ansamblının adını “Röya”  adlandırıb.

Həmçinin onun adına  “Röya” mahnısını  ifa edib.

Həyat yoldaşı Rəmzi əslən Laçın rayonundandır. SOCAR-da və  tabeliyində olan zavodlarda yüksək vəzifələrdə çalışıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki