Ordubadda 16 yaşlı qızı avtomobil vuraraq öldürüb

  Ordubadda 16 yaşlı qızı avtomobil vuraraq öldürüb.

Referans.az  xəbər verir ki, hadisə dünən gücə rayonun Aza kəndi ərazisində baş verib. 67-BL-015 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil yolu keçən kənd sakini 2009-cu il təvəllüdlü Fatimə Seyidzadəni vurub. Xəsarət alan yeniyetmə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki