Prezidentin sərəncamı icra olunur:Bu işlərə BAŞLANILDI

Bakı şəhəri, Lökbatan-Güzdək yolunun 2.2-ci km-də bərpa işlərinə başlanılıb.

 
Bu barədə  Referans Media-ya  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.


Bildirilib ki, ərazidə rahat gediş-gəlişin təmin olunması üçün müvəqqəti alternativ yol salınır.

 

Daha sonra sel sularının qəzalı vəziyyətə saldığı suötürücü qurğu söküləcək.

 
Paralel olaraq ərazidə yeni körpünün layihələndirilməsi işləri görüləcək.

 
Tikinti-bərpa işləri Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki