Qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ Noyabrın 25-də gözlənilən hava proqnozu açıqlanıb.

Sabah Azərbaycanda hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?


Milli Hidrometeorologiya Xidmətindən Referans Media-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.


Havanın temperaturu gecə 10-12° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 50-60%, gündüz 70-80% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava necə olacaq?


Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-15° isti, dağlarda gecə 0-3° isti, gündüz 3-5° isti olacaq.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki