QARADAĞIN SÜLEYMAN SAATI – İcra başcısının bundan xəbəri yoxdur? – FOTO

Süleyman Mikayılov bu məsələdən xəbərdar olmasa belə yenə də məsuliyyət daşıyır. Çünki Nadir Muradov onun tapıntısıdır. Onu S.Mikayılov öz ardınca Qaradağa gətirib, təqdimat, zəmanət verərək özünə müavin edib. Ona görə də istintaqa Qaradağ icra başçısının da cəlb oluna bilər. Hazırda karyerası boyu çətiri altında olduğu Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun da onu qoruya bilməsi ehtimalı inandırıcı görünmür. Fövqəlnazir zəifliyini bir neçə il əvvəl Azərbaycan Boks Federasiyası əlindən çıxanda göstərmişdi. Bu federasiyanın prezidenti Kəmaləddin Heydərov, vitse-prezidenti isə Süleyman Mikayılov idi.

Sonda bir faktı da qeyd edim. Qədim zamanlarda hökmdarlar öz hakimiyyətlərini əbədiləşdirmək üçün pul zərb etdirir, adlarını məmləkətin müxtəlif yerlərinə həkk etdirirdilər. Süleyman Mikayılov da deyəsən o yolu seçib. Qaradağa iicra başçısı təyin olunduğu tarixi rayonda əbədiləşdirib. Məsələn, Lökbatanda sütunlar üstündəki saatlarda Süleyman Mikayılovun təyin olunduğu ilin şərəfinə “2010” yazılıb. Bu nə deməkdir, yəni Qaradağın tarixi Süleyman Mikayılovun buraya icra başçısı təyin olunduğu vaxtdan hesablanır?


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki