image-qarli-hava-avtobusbackend

Qarlı hava BU TARİXƏDƏK davam edəcək – Ekoloq PROQNOZ VERDİ

Son günlər Azərbaycanda müşahidə olunan qarlı və şaxtalı hava şəraiti qış mövsümü üçün xarakterik hesab olunur. Qar yağışı bir sıra rayon və regionlarla yanaşı, Bakı və Abşeron yarımadasında da qeydə alınıb. Mövcud hava şəraiti paytaxtda və bölgələrdə gündəlik həyata müəyyən çətinliklər yaratsa da, mütəxəssislər bunun mövsümi hal olduğunu bildirirlər.

Referans Media-ya açıqlamasında ekoloq Qorxmaz İbrahimli qeyd edib ki, hazırda ölkə ərazisinə daxil olan soyuq hava kütlələri bir müddət Azərbaycan üzərində qalmağa davam edəcək. Onun sözlərinə görə, bu səbəbdən qar yağışı bir neçə gün davam edəcək və hava temperaturu nisbətən aşağı səviyyədə qalacaq.

Ekoloq əlavə edib ki, yaxın günlərdə qar yağışının tədricən kəsilməsi gözlənilir. Lakin proqnozlara əsasən, ayın sonuna doğru atmosferdə yenidən dəyişiklik baş verə bilər və bəzi ərazilərdə təkrar qar yağışı ehtimal olunur.

Mütəxəssis vətəndaşlara hava şəraitini nəzərə alaraq ehtiyatlı olmağı, sürücülərə isə yolların buz bağlama ehtimalına qarşı diqqətli davranmağı tövsiyə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki