image-qar-yagacaqbackend

Bakıda qar yağacaq, şaxta olacaq – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Bu barədə Referans Media-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Gündüz yağıntılar tədricən kəsiləcək.Arabir güclənən şimal-qərb küləyi gündüz zəifləyəcək.

Havanın temperaturu gecə 2°şaxtadan 1°-dək isti, gündüz 2-4° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 3-6° isti, dağlarda gecə 10-15°, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüz 3-8° şaxta olacaq.

Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki