Qubada zəhərlənən 8 nəfərin son vəziyyəti açıqlandı

Qubada qidadan zəhərlənən 8 nəfərin vəziyyəti açıqlanıb.

Bu barədə Referans Media-ya Qusar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

“08.02.2026-cı il tarixində saat 14:00 radələrində zəhərlənmə şübhəsi ilə 8 nəfər (2 kişi, 6 qadın) şəxs), Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara qida toksikoinfeksiya diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib”, – xəstəxanadan bildirilib.

Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən şəxslərin vəziyyətləri orta ağır qiymətləndirilir.

Quba rayonunda səkkiz nəfər qidadan zəhərlənib.

Referans Media xəbər verir ki, rayonun Xucbala kəndində qonaqlıq zamanı – 1953-cü il təvəllüdlü N.Şabutov, 1953-cü il təvəllüdlü H.Şabutova, 1986-ci il təvəllüdlü A.Şabutova, 2003-cü il təvəllüdlü A.Şabutova, 2003-cü il N.Şabutova, 2010-cu il D.Şabutov, 2025-ci il təvəllüdlü G.Şabutova və 1978-ci il təvəllüdlü D.Məmmədova qida zəhərlənməsi diaqnozu ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Onların paytaxt salatından zəhərləndikləri ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki