Ramazan ayında ən böyük problemlərdən biri ağız qoxusudur. Uzun müddət yemək-içmək olmadıqda yaranan qoxu narahatedicidirsə, həll yolu imsakda (sübhdən əvvəl yemək) yediyiniz yeməkdə ola bilər.
Bəs necə? Ətraflı məlumat xəbərimizdə!
1. Pendirlər
Mədə üçün faydalı tərkibə sahib olan pendir, ağız qoxusunun qarşısını ala bilər. Eyni zamanda zülal baxımından zəngin olduğu üçün uzun müddət toxluq hissi yaratmağa kömək edir.
2. Ətirli bitki çayları
Berqamot aromalı çay, ada çayı, yaşıl çay kimi təbii içkilər mədə üçün faydalıdır və eyni zamanda ağız qoxusunun qarşısını alır. Bu çaylar pendir ilə birləşdirildikdə imsakdan günün sonuna qədər xoş təravət təmin edə bilər.
3. Cəfəri
Bol C vitamini ilə zəngin cəfəri həm immuniteti gücləndirir, həm də mədə üçün faydalıdır. Cəfəri yemək ağız qoxusunun qarşısını almağın ən təsirli üsullarından biridir.
4. Kivi
Kivinin içərisindəki bol miqdarda toxumlar dişlərdə təmizləmə effekti yaradır. İmsakda kivi yemək, ağız və diş təmizliyinə kömək edərək ağız qoxusunun ilk səbəblərinə qarşı təsirli müdaxilə təmin edir.
5. Çiyələk
Çiyələk də kivi kimi toxumları sayəsində dişlərin təmizlənməsinə kömək edir və gün boyu ağız qoxusunu önləyir. Bol su tərkibi ilə oruc zamanı susuzluğun qarşısını almağa da yardımçı olur.
6. Diş baxımı ən önəmlisidir
Ramazan ayında diş və ağız sağlamlığına daha çox diqqət yetirmək lazımdır. Doğru fırçalama texnikası və diş ipi ilə dərindən təmizləmə ağız qoxusunu tam aradan qaldırmağa kömək edə bilər.
7. Heç biri fayda vermirsə
Ağız qoxusunun səbəbi şəkər xəstəliyi, böyrək xəstəlikləri və ya diş çürümələri ola bilər. Bu üsullar heç bir təsir göstərmirsə, həkimə müraciət etmək vacibdir.
