Rusiyalı komediyaçı Maksim Qalkinin İstanbulda keçirilməsi planlaşdırılan konserti ictimai etirazlar və boykot çağırışları fonunda ləğv edilib. Sənətçinin İsrailə dəstək ifadə edən açıqlamaları Türkiyədə ciddi narazılığa səbəb olub.
Referans Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qalkinin xüsusilə “İsrail qalib gələcək” ifadəsi sosial şəbəkələrdə kəskin reaksiyalar doğurub.
Bir sıra istifadəçilər sənətçinin Türkiyədə səhnəyə çıxmasına etiraz edərək konsertin ləğvini tələb ediblər. Tədbirin keçirilməsi halında etiraz aksiyalarının təşkil olunacağı ilə bağlı çağırışlar da səsləndirilib.
Baş verənlərdən sonra konsertin taleyi dəyişib. İstanbul Valiliyinin qərarı və artan etirazlar fonunda tədbir son anda ləğv edilib.
Beləliklə, Qalkinin İstanbul konserti ətrafında yaranan qalmaqal səhnə proqramının ləğvi ilə nəticələnib. Təşkilatçılar isə biletlərə ödənilən vəsaitin geri qaytarılacağını açıqlayıblar./musavat.com
