Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Referans Media xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı final görüşündə moldovalı Aleksandrin Qutuya 8:3 hesabı ilə qalib gələrək dünya çempionu olub.
Bu gün Azərbaycan millisinin digər üzvü Eldəniz Əzizli 55 kiloqram çəki dərəcəsində İran güləşçisi Pəyam Əhmədiyə 3:1 hesabı ilə qalib gələrək beşinci dəfə dünya çempionu olub.
Qeyd edək ki, güləş üzrə dünya çempionatına noyabrın 1-də yekun vurulacaq.
