Regionlara güclü qar yağır: Bakıya nə vaxt çatacaq?

Ölkəmizin bir sıra bölgələrində müşahidə olunan güclü qar yağıntısı hava şəraitinin kəskinləşməsi ilə bağlı narahatlıqları artırıb. Xüsusilə regionlarda yağan intensiv qarın paytaxta doğru irəliləyib-irəliləməyəcəyi ictimai maraq doğurur Bəs, hazırda Azərbaycanın bəzi rayonlarında müşahidə olunan güclü qar yağıntısı Bakıya çata bilərmi?

Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov mətbuat aə,nbildirib ki, Bakı şəhərində qış fəsli (dekabr–fevral) özünəməxsus xüsusiyyətləri ilə seçilir. Onun sözlərinə görə, paytaxt üçün ən xarakterik cəhət güclü küləklərin tez-tez müşahidə olunmasıdır.

Cavid Hüseynovun sözlərinə görə, siklonik fəaliyyətlə əlaqədar olaraq soyuq atmosfer cəbhələrinin ölkə ərazisinə doğru irəliləməsi yaxın günlərdə hava şəraitinin dəyişməsinə səbəb olacaq.

“Belə ki, yanvar ayının 1-dən 3-dək ölkənin əksər ərazilərində havanın qeyri-sabit keçəcəyi, yağıntılı olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda qar və şaxta, sahilyanı ərazilərdə isə nisbətən mülayim hava şəraiti, sulu qar, zəif qar və güclü küləklər müşahidə ediləcək”, – deyə ekspert əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki