Türkiyənin məşhur müğənnisi Demet Akalın şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlama verib. 2012-ci ildə Okan Kurtla ailə quran sənətçi pandemiya dövründən etibarən həyat yoldaşı ilə ayrı yatdıqlarını bildirib.
Referans Media xəbər verir ki, səmimi açıqlamaları ilə tez-tez gündəmə gələn Demet Akalın bu dəfə evlilik həyatının çoxlarının bilmədiyi bir detalını açıqlayıb.
Demet Akalın cütlüklərin eyni yataqda yatması və yuxu rejimi ilə bağlı söhbətə qoşulub. Söhbət zamanı öz evliliyindən nümunə gətirən müğənni Okan Kurtla uzun müddətdir ayrı yatdıqlarını bildirib.
Məşhur sənətçi bu barədə qısa şəkildə: “Pandemiyadan bəri ayrı, bəli. Yuxu vacibdir”, – deyə bildirib.
Bu açıqlama ilə Demet Akalın və Okan Kurtun pandemiya dövründən bu yana fərqli otaqlarda yatdığı məlum olub.
Demet Akalın və Okan Kurt 2012-ci ildə nikah masasına oturublar. Cütlüyün evliliyi zaman-zaman mediada müzakirə mövzusu olsa da, Akalının yuxu rejimi ilə bağlı açıqlaması diqqət çəkib. Müğənninin sözlərindən məlum olub ki, ayrı yatmaq onların münasibətində yeni yaranmış bir vəziyyət deyil və bu vərdiş pandemiya dövründən etibarən davam edir. Akalın bunun səbəbi kimi isə yuxunun onun üçün əhəmiyyətli olduğunu vurğulayıb.
