backend

Rubensin “İsa çarmıxda” tablosu hərracda 2,3 milyon avroya satıldı

Rrəssam Piter Paul Rubensin itkin hesab edilən “İsa çarmıxda” tablosu Versal hərracında 2,3 milyon avroya satılıb.

“Referans MEDİA”ın RFI-ə istinadən verdiyi məlumata görə, satış “Osenat” hərrac evində baş tutub.

Tablonun başlanğıc qiyməti 500 min avro, qiymətləndirilən dəyəri isə 1–2 milyon avro arasında olub. Alıcının adı açıqlanmayıb.

Təxminən 1620–1625-ci illərdə çəkilmiş əsərdə qaranlıq səma fonunda xaçda İsa Məsih təsvir olunub. Arxa planda Qolqofa görünür və buludların üzərində işıqlanmış Yerusəlim mənzərəsi açılır.

Rəssamın əsəri 2024-cü ildə Parisin VI rayonundakı Monparnas yaxınlığında yerləşən və Lüksemburq bağının yaxınlığındakı bir mənzilin satışı üçün hazırlıq işləri aparılarkən aşkarlanıb. Əsər tapıldıqdan sonra aparılan ekspertiza 105,5 x 72,5 sm ölçülü palıd lövhəyə çəkilmiş əsərin orijinal olduğunu təsdiqləyib./Report/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki