Rusiya ərazisinə HÜCUM backend

Rusiya ərazisinə HÜCUM 

Hava hücumundan müdafiə qüvvələri Kaluqa bölgəsi üzərində iki pilotsuz təyyarəni vurub.
Ajans.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri (AFU) ötən gecə pilotsuz təyyarələrlə Kaluqa vilayətinə hücuma cəhd edib. Bu barədə vilayətin qubernatoru Vladislav Şapşa özünün Telegram-kanalında məlumat verib.

O qeyd edib ki, hava hücumundan müdafiə sistemləri Kirovski və Baryatinski rayonlarında düşmənin iki pilotsuz təyyarəsini məhv edib. İlkin məlumata görə, xəsarət alan olmayıb, infrastrukturun dağılması barədə məlumat yoxdur. Əməliyyat qrupları yerdə işləyir.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Rusiyanın altı regionu üzərində 33 pilotsuz uçan aparatın tutulması barədə məlumat vermişdi . Bildirilib ki, Tula vilayətində 12, Rostov vilayətində 11, Nijni Novqorod vilayətində 6, Bryansk vilayətində 2, Kaluqa və Kursk vilayətləri üzərində isə hər biri bir pilotsuz təyyarə vurulub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki