"The Sunday Times", "Danwatch" və "Dossier Center" tərəfindən aparılan birgə araşdırmaya görə, Rusiya Qərbin mümkün hücum təhlükəsinə qarşı "Perimetr" (Qərbdə "Ölü əl" adlandırılır) sovet nüvə strategiyasını yenidən fəaliyyətə qaytarır.
Referans Media xəbər verir ki, Ural dağlarında yerləşən və "Obyekt 1335" adlandırılan nəhəng yeraltı komanda mərkəzi Amerikanın bunker bombalarına belə dözə biləcək şəkildə tikilib.
Qurğu hər hansı nüvə zərbəsi və rəhbərliklə əlaqənin kəsilməsi zamanı avtomatik olaraq cavab vermək əmrini icra etmək qabiliyyətinə malikdir.
Soyuq müharibənin başa çatmasından sonra fəaliyyətsiz qaldığı güman edilən bazada son vaxtlar peyk şəkilləri və açıq mənbələr vasitəsilə yeni tikinti işləri qeydə alınıb.
Ekspertlər bu addımı Rusiyanın nüvə qüvvələrinin geniş modernləşdirilməsi və Qərblə artan gərginlik fonunda prioritet hesab edirlər.
