Putin müharibəni elə sabah bitirə bilər, bunun üçün... – ABŞ-lı general

ABŞ-ın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi general Kit Kelloq bəyan edib ki, Rusiya lideri Vladimir Putin Ukraynadakı müharibəni elə sabah bitirə bilər. Bunun üçün sadəcə Rusiya xalqına qələbə elan etməsi kifayətdir. 

Referans Media xəbər verir ki, o, bu fikirləri AFPI-yə verdiyi müsahibəsində səsləndirib.

Eyni zamanda, Kelloq vurğulayıb ki, Putin bütün Ukraynanı ələ keçirə bilməyəcək:

“Onun bunu etmək üçün kifayət qədər döyüş imkanları yoxdur. Digər tərəfdən, Ukraynanın təslim olmaq niyyəti də yoxdur. Ukraynalılar da öz torpaqlarını könüllü şəkildə təhvil verməyəcək. Onlar güclü döyüşürlər, son dərəcə effektiv fəaliyyət göstərirlər. Hesab edirəm ki, prezident Putin sadəcə deməlidir, hətta bunu eşitmək istəməsə belə: “Evə qayıtmaq və bu müharibəni bitirmək vaxtıdır'".

Kelloq həmçinin bildirib ki, Rusiyanın döyüş meydanındakı uğurları çox şübhəlidir, çünki müharibədə qalib gələ bilmir:
 

"Bilirsiniz, onların qələbə anlayışı mənimkindən çox fərqlənir. Onlar heç vaxt Dnepr çayını keçməyiblər. Xarkovu, Kiyevi ələ keçirməyiblər. Onlar böyük şəhərləri ələ keçirə bilməyiblər. İşğalın lap əvvəli ilə müqayisədə cəmi 1%-dən çox ərazini nəzarətə götürüblər. Bu, qələbə deyil. O, sadəcə olaraq çox sayda hərbçini qurban verir... Əsgərlərin bu miqyasda qurban verilməsi həqiqətən də ağılsızlıqdır. Putin bu müharibənin onun üçün yaxşı nəticələnməyəcəyini anlamalıdır".

 

Eyni zamanda, general qeyd edib ki, Rusiya lideri müharibəni dayandırıb əsgərləri evə qaytaracağı təqdirdə ölkə daxilində problemlərlə üzləşəcəyindən və iğtişaşların baş verəcəyindən narahatdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki