Ukraynada Patriot istehsal edilməyəcək - Tramp razılıq verməyib

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ Prezidenti Donald Tramp Patriot raketlərinin Ukraynada istehsalına icazə verməyib.

Referans Media xəbər verir ki, bu barədə informasiyanı CNN telekanalı yayıb.

Xatırladaq ki, Tramp və Zelenski sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində görüşüblər.

Görüşdən sonra Zelenski jurnalistlərə bildirib ki, Tramp Ukraynaya Patriot raketlərinin istehsalına lisenziya verməyə razılaşıb.
 

Lakin şənbə günü CNN-in mümkün lisenziya razılaşması ilə bağlı sualını cavablandıran Tramp yalnız tərəflərin bu sistemləri müzakirə etdiyini təsdiqləyib, lakin Ukraynaya onların istehsalına icazə verilməsi barədə danışmayıb.


“Biz çoxlu müxtəlif məsələlər barədə danışdıq və onların bir çoxu üzrə çox ciddi razılığa gəldik”, — Tramp Vaşinqtondan Tennessi ştatına uçmazdan əvvəl bildirib. Bununla yanaşı, o, söhbəti müharibənin başa çatdırılmasının zəruriliyinə yönəldib.

“Amma bilirsiniz, mən ondan nə istəyirəm? Onun razılaşma əldə etməsini istəyirəm. Mən istəyirəm ki, o, Putinlə razılaşsın və istəyirəm ki, Putin də onunla razılaşsın”, — ABŞ Prezidenti bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki