image-rusiya-ordusubackend

Rusiyadan müharibə xəbərdarlığı – Daha bir ölkəyə hücum başlayır?

Finlandiya hökuməti ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə nüvə silahlarının idxalı və saxlanmasına icazə verilməsini təklif edib.

Finlandiyanın müdafiə naziri Antti Hakkanen bildirib ki, bu təşəbbüs potensial rəqiblərə qarşı çəkindirici təsiri artırmaq və NATO çərçivəsində təhlükəsizlik səviyyəsini gücləndirmək məqsədi daşıyır.

Finlandiyanın belə bir addım atması başa düşüləndir. Rusiya–Ukrayna müharibəsi bitməyib və yeni münaqişələr alovlanır. Bu, öz növbəsində regionda riskləri artırır. Xüsusi ilə Finlandiya kimi sərhəd ölkələri daha ehtiyatlı davranmağa məcburdur. Həmçinin Finlandiya NATO-nun ən gənc üzvlərindədir və Alyansın Rusiya ilə sərhədində yerləşir. Ona görə müdafiəsini daha da gücləndirməyə çalışır.

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Finlandiyanın nüvə silahlarının idxalı və saxlanmasına icazə verilməsi ilə bağlı təşəbbüsünü şərh edərkən deyib ki, bu addım Moskva tərəfindən müharibə xəbərdarlığı kimi qiymətləndirilir.

Rusiyanın narahatlığı başadüşüləndir, amma nüvə silahlarının idxalı və saxlanmasına icazə vermək, Finlandiyanın öz silahını istehsal edəcəyi mənasına gəlmir. Bu, lazım gəldikdə NATO-nun nüvə imkanları Finlandiya ərazisində yerləşdirilə biləcəyi deməkdir. Məqsəd isə potensial rəqiblərə açıq mesaj verməkdir. Yəni Finlandiya tək deyil və ona qarşı hər hansı hücum daha böyük qarşılıqla nəticələnə bilər.

Bu addımın arxasında əsas zərurət çəkindirmədir. Finlandiya hesab edir ki, əgər ərazisi daha güclü müdafiə sistemi ilə qorunarsa, ona qarşı riskli addım atmaq istəyən tərəflər iki dəfə düşünəcək. Bu isə onların təhlükəsizliyini artırmaq üçün seçdikləri yoldur. Prinsipcə, doğru yanaşmadır./globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki