Sabah bu məkanlara giriş ödənişsiz olacaq

18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Azərbaycan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqları və muzeylərdə “açıq qapı” günü keçiriləcək.

Referans Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 18-də ziyarətçilərin qeyd olunan məkanlara girişi ödənişsiz təmin olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki