Sabirabadda qadın güllələnərək ÖLDÜRÜLDÜ – Qardaşı tutuldu

  Sabirabadda qətl törədilib.

Referans.az  “Qafqazinfo.az”a istinadən xəbər verir ki, rayonun Qardaşkənd kəndində kənd sakini 1983-cü il təvəllüdlü Ülviyyə Məmmədovaya ov tüfəngindən atəş açılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Qətli törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1986-cı il təvəllüdlü Murtuz Xudaverdi oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Cinayətin aləti olan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki