“Consumer Reports” sorğu agentliyi sahiblərinin ən çox narazı qaldığı avtomobillərin siyahısını müəyyənləşdirib.
Referans xəbər verir ki, reytinqdə adi (sedan) avtomobillər, krossoverlər və yolsuzluq avtomobilləri yer alıb.
Sahiblərinin ən çox narazı qaldığı avtomobillər bunlardır.
Jeep Grand Cherokee PHEVJeep CompassVolkswagen TaosMazda CX-90 PHEVNissan SentraToyota Corolla CrossMercedes-Benz C-ClassInfiniti QX60Audi Q8 E-TronNissan AltimaAudi Q4 E-Tron
Jeep Grand Cherokee PHEV hibrid yolsuzluq avtomobili ən aşağı məmnunluq reytinqinə sahib olub.
Mütəxəssislər Jeep Grand Cherokee PHEV-in əsas problemini onun sinfi üçün nisbətən yüksək yanacaq sərfiyyatını göstəriblər.
“GOBankingRates” agentliyi isə ən etibarsız avtomobil kimi Mercedes-Benz GLS və Cadillac Escalade modellərini müəyyənləşdirib. “Bunlar çox rahat modellərdir, lakin onlar evakuatorların “sevimli sərnişinlər”idir./Teleqraf
