backend

Samirə Əfəndinin 12 xal verdiyi erməni müğənni görün kim çıxdı

Məlum olduğu kimi, Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin final mərhələsində Azərbaycanı münsiflər heyətində təmsil edən məşhur müğənni Samirə Əfəndi Ermənistan nümayəndəsi Saro Gevorkyana 12 xal verib. 

Müsabiqənin nəticələri elan olunarkən Samirənin erməni iştirakçını səhnədə qucaqlaması sosial şəbəkələrdə müxtəlif reaksiyalara səbəb olub.

Referans  xəbər verir ki, məşhur azərbaycanlı bloger Kamran Razmovar Saro Gevorkyanla bağlı diqqətçəkən açıqlama verib.

Onun sözlərinə görə, erməni müğənni işğal dövründə Qarabağda xidmət edib.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki