SON DƏQİQƏ! Şeyxin müavininin vəziyyəti pisləşdi – Təcili həkimlər çağırıldı

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Heydər məscidinin axundu Hacı Sabir Həsənlinin vəziyyəti pisləşib.

Referans Media Manset.az-a istinadən xəbər verir ki, ürəyində qəfil problemlər yaranan Hacı Sabir Həsənliyə təcili həkimlər çağırılıb.

Həkimlərin müdaxiləsindən sonra sədr müavini xəstəxanaya aparılıb. Hazırda müalicə-profilaktika prosesləri davam edir.

Faktı Hacı Sabir Həsənlinin özü də təsdiq edib:

“Ürəyimdə problemlər var. Hazırda müalicələr alıram”.

Qeyd edk ki, Hacı Sabir Həsənli Bakı İslam Universitetinin sabiq rektorudur, uzun illərdir Qafqaz Müsəlmanları İdarəsinin sədr (Şeyxin) müavinidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki