SON DƏQİQƏ! Sumqayıtda poladəritmə sexində PARTLAYIŞ – Yaralananlar var

Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində yerləşən poladəritmə sexində partlayış hadisəsi baş verib.

Referans Media  “report.az”a istinadla verir ki, sexdə quraşdırılmış sobanın partlaması nəticəsində orada fəhlə işləyən 1994-cü il təvəllüdlü İsmayılov Elməddin Nurəddin oğlu, 1989-cu il təvəllüdlü Davidov Ceyhun Zakir oğlu və 1997-ci il təvəllüdlü Məmmədov Coşğun Ruşan oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Yaralılar dərhal tibb müəssisəsinə çatdırılıb. Onlara zəruri tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki