SON DƏQİQƏ! Yeniliklərə görə KİMLƏRİN DÖVLƏTDƏN ALDIĞI PUL ARTIRILACAQ?backend

SON DƏQİQƏ! Yeniliklərə görə KİMLƏRİN DÖVLƏTDƏN ALDIĞI PUL ARTIRILACAQ?

Bir neçə gün əvvəl Azərbaycanda “Yaşayış minimumu haqqında” Qanun qəbul edilib.  Yeni dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə şəxslər üçün də yeni qida normaları təsdiq ediləcək. Belə ki, mövcud qanunvericilikdə sosial sahəyə aid müəssisələr üçün normaların təsdiqi nəzərdə tutulmur və bu da institusional olaraq onların bu imkandan tam faydalanmasına imkan vermirdi.

Bu dəyişiklikləri nəzərə alaraq ölkəmizdə sosial yardım məbləği nə qədər artacaq? Yeni dəyişikliklərdə kimlər üçün faydalı olacaq? Mövzuyla bağlı iqtisadçı ekspert Natiq Cəfərli REFERANS-ın suallarını cavablandırıb.

Natiq Cəfərli ilk olaraq onu qeyd edib ki, bu qanunla bağlı qaydaları Nazirlər Kabineti təyin etməlidir. Bu qanun qəbul edildikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti bununla əlaqədar həyata keçirilmə mexanizmlərini yaradacaq.  Əslində normal mexanizmlər yaradılsa demək olar ki, böyük əksəriyyət əhalinin üç milyona yaxınını əhatə etməlidir. Çünki bizdə təqaüdçülər, dövlətdən maaş alanlar, ünvanlı sosial yardım alanlar, əngəlli insanlar və veteranlar var. Bunların hamısı bu tərəfdən tənzimlənə bilər.

Müsahibimiz hesab edir ki,  buna görə də Nazirlər Kabinetinin bunun yerinə yetirilməsi ilə bağlı hansı qərarlar verəcəyini gözləmək lazımdır. Ondan sonra tətbiqi ilə bağlı əlavə təkliflər səsləndirmək mümkün ola bilər.

“Sadəcə olaraq indiki halda Azərbaycan Hökumətinin real şəkildə hansı təkliflər ilə çıxış edəyəcəyi ilə bağlı və yenilikliklərin və əlavələrin necə tətbiq ediləcəyi ilə əlaqədar ictimaiyyətdə konkret bir məlumatsızlıq var”,-deyə Natiq Cəfərli əlavə edib.

Ləman Xalıqova

Referans  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki