Sürücülərin NƏZƏRİNƏ: Şəkil və video-görüntü olmadan PROTOKOL TƏRTİB EDİLMƏMƏLİDİR? backend

Sürücülərin NƏZƏRİNƏ: Şəkil və video-görüntü olmadan PROTOKOL TƏRTİB EDİLMƏMƏLİDİR? 

Bəzi
hallarda yol polisi əməkdaşlarının video-görüntü və ya şəkil olmadan protokol tərtib
etməsi sürücülər tərəfindən narazılığa səbəb olur. Belə ki, bu nüans bəzən
sürücü və DYP əməkdaşları arasında münaqişə səbəbinə belə çevrilir.

 

Bəs
video-görüntü və yaxud şəkil olmadan protokolun tərtib edilməsi qanunidirmi?

 

Nəqliyyat
məsələləri üzrə ekspert Elməddin Muradlı Referans
-a açıqlamasında bu problemlə
bağlı danışıb.

“ “Yol
hərəkəti” haqqında qanunun tələblərinə görə, bəzi xətalar var ki, onlar xüsusi
texniki vasitələrlə – radar və kameralarla qeydə alınmalıdır və protokol da ona
əsasən tərtib olunmalıdır. Lakin elə xətalar var ki, bunu yol polisi vizual şəkildə
də aşkar edərək cərimə yaza bilər. Məsələn, yol polisinin dayandığı yerdə
sürücü qoşa xəttin tələbini pozur, piyadaya yol vermir, qırmızı işıqda hərəkət
edir, təhlükəsizlik kəmərini taxmayıb və yaxud da mobil telefonla danışır.
Bunları yol polisi görürsə, aşkarlayıb cərimə yaza bilər. Bəzi sürücülər var
ki, onlar məhz insident yaratmaq üçün polisdən görüntü tələb edərək səs-küy
salmağa və özlərini haqlı çıxarmağa çalışırlar. Lakin hər cərimə görüntü ilə tətbiq
olunmaq məcburiyyətində deyil”.

 

Ekspert
qeyd edib ki, bu cür mübahisəli məsələlərdə qanunun tələbinə uyğun olaraq əsasən
vətəndaşın xeyrinə qərar çıxarılsa da, vətəndaş nəzərə almalıdır ki, bu
qaydalara əməl etmək onun öz təhlükəsizliyi üçün önəmlidir.

 

“Belə
münaqişəli halların araşdırılmasın mən də iştirak etmişəm. Bəzi vətəndaşlar cərimədən
boyun qaçırmaq məqsədilə polisə qarşı ağlasığmaz hərəkətlər edir, şərt atır. Onlar
düşünürlər ki, qaydalara əməl etmirəmsə, öz həyatımı təhlükəyə atıram və buna
heç kim qarışa bilməz. Lakin bu belə deyil, sürücü bilməlidir ki, hər əməl edilməyən
qayda təkcə onun deyil, avtomobildə olan digər şəxslərin, həmçinin digər yol hərəkəti
iştirakçılarının da həyatını təhlükəyə atır”.

 

Fidan
Vəlisoy


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki