backend

Tanınmış aktrisa da saxlanıldı

İstanbul Baş Prokurorluğu tərəfindən məşhur adları hədəf alan narkotik əməliyyatının üçüncü dalğası keçirilib.

Referans Media  xəbər verir ki, əməliyyat nəticəsində aktrisa Ezgi Eyüboğlu da daxil olmaqla 7 nəfər saxlanılıb.

Saxlanılan şəxslər və ittihamlar

Eser Küçükerol və İsmail Ahmet Akçay – “Narkotik və ya stimullaşdırıcı maddələrin istehsalı və ticarəti”, Saadet Ezgi Eyüboğlu – “Narkotik maddələrin istifadəsi üçün alınması”, Yiğit Macit, Mehmet Ali Gül, Gizem Türedi və Mehmet Güçlü – “Fahişəliyə təhrik etmək və asanlaşdırmaq”

Ev axtarışlarında aşkar edilənlər – 3 sənədsiz tapança, 111 narkotik həbi, 4 ədəd kristal metamfetamin, çoxsaylı narkotik ləvazimatları və narkotik dəyirmanı, yuxarı və aşağı hissələrində 100 dollarlıq əskinasların olduğu 9 yığın boş əskinas, orta hissələrində kəsilmiş 19 saxta dollar

Əməliyyat media sektorundakı məşhur adları hədəf alan istintaq çərçivəsində davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki