Onun sözlərini “TalkSPORT” sitat gətirib.
“Tayson çox ağıllı oğlandır. O, nə istədiyini və buna necə nail olacağını bilir. Əlbəttə ki, rəqiblər və sair barədə müzakirələr aparılır, amma axmaq deyil, nə etməli olduğunu bilir. Biz bunu edə, Mahmudovla döyüşə bilərik”, – Uorren bildirib.
Xatırladaq ki, Tayson Aleksandr Usikə ardıcıl iki məğlubiyyətdən sonra karyerasını bitirmək qərarına gəlmişdi, lakin boksçunun geri dönüşünün mümkünlüyü barədə dəfələrlə məlumatlar yayılıb. Fyuri özü də geri dönəcəyini açıqlayıb.//publika.az























