“Real Madrid” qarşılıqlı razılaşma əsasında Xabi Alonsonun komandanın baş məşqçisi vəzifəsindən ayrıldığını açıqlayıb.
Referans Media xəbər verir ki, klubun rəsmi bəyanatında bildirilir ki, “Real Madrid” və Xabi Alonso arasında qarşılıqlı razılaşma əldə olunub və bununla da onun komandanın baş məşqçisi kimi fəaliyyəti başa çatıb.
Bəyanatda vurğulanır ki, Xabi Alonso “Real Madrid” tarixinin əfsanələrindən biridir və klubun dəyərlərini hər zaman layiqincə təmsil edib. Madridlilərin ona olan sevgi və hörməti daim qalacaq və Real Madrid həmişə onun evi olacaq.
Klub həmçinin Xabi Alonsonun öz məşqçi heyətinə göstərdiyi zəhmətə və fədakarlığa görə təşəkkür edib və onlara həyatlarının yeni mərhələsində uğurlar arzulayıb.
Klubun müvəqqəti baş məşqçisi Alvaro Arbeloa olub.//globalinfo.az























