TƏBİB son rəqəmləri açıqladı: oktyabrdan indiyədək…

Azərbaycanda oktyabrın 8-dən yanvarın 28-dək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 27 min 271 nəfər qrip əleyhinə peyvənd olunub.

Referans Media xəbər verir ki, onlardan 4 219-ü 0-17 yaş, 16 875-i 18-59 yaş aralığı, 6 177 nəfəri isə 60 yaş və yuxarı şəxslərdir.

Səhiyyə Nazirliyinin ölkəyə gətirdiyi qrip əleyhinə peyvəndlər Fransa istehsalı olan “Sanofi Pasteur” şirkətinə məxsusdur.

Peyvəndlənmə könüllülük prinsipi əsasında aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki