image-dem-qazi-esasbackend

Tərtərdə ana və oğul dəm qazından zəhərləndi: ölən var

Tərtərdə ana və oğul dəm qazından zəhərlənib.

Referans Media “Report”a istinadən xəbər verir ki, Tərtər rayon sakinləri 1973-cü il təvəllüdlü Əzimov Müşviq Əsəd oğlu və anası – 1955-ci il təvəllüdlü Əzimova Sahibə Salman qızı yaşadıqları Famil Qulami küçəsi döngə 1, ev 7 ünvanında sobadan sızan dəm qazından zəhərlənib.

Hadisə nəticəsində Müşviq Əzimovun ölüb, Sahibə Əzimovanın isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki