Bu barədə Referans Media-ya prokurorluqdan məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı 2000-ci il təvəllüdlü Hüseyn İsmayılovun yanvarın 10-da Sətdar Nəbiyevi sifət nahiyəsindən əli ilə vurması nəticəsində sonuncunun yerə yıxılması və almış olduğu xəsarətlərdən 2 gün sonra xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Hüseyn İsmayılov iş üzrə şübhəli şəxs qismində tutulub.























