image-internet55backend

Tehran internetsiz qalıb

Tehran 70 saatdan çoxdur ki, internetsizdir. 

 

Referans Media-nın məlumatına görə, İran paytaxtında mobil telefon xidmətləri gündüz, gecə isə tamamilə kəsilir, SMS mesajlaşma xidmətləri də dayandırılıb.

 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bazar günü Vaşinqtonun iranlıların internetə çıxışını bərpa etmək üçün addımlar ata biləcəyini, o cümlədən “Starlink” mobil terminalları vasitəsilə internetə çıxışı bərpa edə biləcəyini açıqlayıb.

 

Xatırladaq ki, yanvarın 8-də İranın hər yerində internet kəsilib. Həmçinin bəzi bölgələrdə telefon əlaqələri məhdudlaşdırılıb. Bunun İran hökumətinin etirazçılara qarşı həyata keçirdiyi təzyiqin bir hissəsi olduğu düşünülür. İranın əsas milli media qurumlarının veb saytlarına müvəqqəti olaraq giriş mümkün olmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki