Rusiyanın Kuril adaları yaxınlığında 5,6 bal gücündə hiss olunmuş zəlzələ qeydə alınıb.
Referans Media Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional bölməsinin Yujno-Saxalinsk seysmik stansiyasında bildirilib.
Məlumata əsasən, yeraltı təkanlar Severo-Kurilsk şəhərindən 194 km cənubda, dəniz dibinin 49 km dərinliyində qeydə alınıb.
Qeyd olunub ki, şəhərdə Rixter şkalası üzrə iki bal gücündə yeraltı təkanlar hiss olunub.























