Tovuzda dəhşətli qəza: İki avtomobil körpüdən aşdı – FOTOLAR

  Tovuzda ağır yol-nəqliyyat hadisəsi olub.Referans Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndi ərazisində qeydə alınıb.

“Prius” markalı maşın “Opel” markalı avtomobillə toqquşub.

Qəza zamanı 1989-cu il təvəllüdlü Zaur Mehdiyev və 2002-ci il təvəllüdlü Ağası Məmmədov müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta-ağırdır. Xəsarət alanlar taksi fəaliyyəti göstəriblər.

Faktla bağlı araşdırma başlanılıb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki