Referans Medida xəbər verir ki, Amerika administrasiyasının rəhbəri ukraynalı həmkarının davranışından müəyyən qədər məyus olduğunu bildirib.
“İnanıram ki, Rusiya bu planla razılaşır. Zelenskinin komandası təklifimizdən məmnundur, amma Zelenskinin özü yox”, – Tramp deyib.
Tramp Rusiya-Ukrayna münaqişəsinin dərinliyi ilə bağlı səhv etdiyini də etiraf edib. O, qarşıdurmanı dayandırmağın əvvəlcə düşündüyündən daha çətin olacağı qənaətinə gəlib.
“Rusiya və Ukrayna – bir az daha asan olacağını düşünürdüm … bu, çox çətin müharibədir”, – Tramp deyib.
Tramp həmçinin ABŞ-ın münaqişənin həlli üçün “Ukrayna liderləri” ilə danışıqlar apardığını açıqlayıb . Onun sözlərinə görə, Vaşinqton Rusiya prezidenti Vladimir Putin və “Ukrayna liderləri, o cümlədən Vladimir Zelenski” ilə dialoq aparır. O, hansı liderləri nəzərdə tutduğunu dəqiqləşdirməyib.//publika.az






















