Trampın İsraillə bağlı təklifi liderləri şoka saldı

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq, Türkiyə və Pakistan liderləri ilə telefon danışığında onları İsraillə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan “İbrahim sazişləri”nə qoşulmağa çağırıb.

Referans Media  xəbər verir ki, bu barədə “Axios” portalı amerikalı rəsmilərə istinadən məlumat yayıb.

“Tramp ABŞ və İran arasında mümkün sülh razılaşmasından sonra İsraillə diplomatik əlaqəsi olmayan ölkələrin də Təl-Əvivlə münasibətləri yaxşılaşdıracağına ümid etdiyini bildirib. Qətər, Pakistan və Səudiyyə Ərəbistanı liderləri isə bu təklifə təəccüblənib”, – deyə bildirilib.

Mənbələrin iddiasına görə, danışıq zamanı qısa sükut yaranıb və Tramp zarafatla “hamı hələ də xətdədirmi?” deyə soruşub.

ABŞ lideri yaxın həftələrdə bu məsələ ilə xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin məşğul olacağını deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki