backend

Türk operator içkili halda özünü körpüdən atdı

“10 bin adım” serialının operatoru Ömər Bellinin Boğaz körpüsündən özünü atıb.

 

Referans Media  xəbər verir ki, hadisə ötən gün gecə saatlarında baş verib. Məlumata görə, Ömər 01:00 radələrində qəzaya düşüb və sərxoş olduğu üçün sürücülük vəsiqəsi əlindən alınıb. Daha sonra taksi çağıraraq 03:00-da Boğaz körpüsündən keçərkən sürücüdən foto çəkmək üçün dayanmasını istəyib. Taksi sürücüsü dayanmadan hərəkət edərkən Ömər əyləci çəkib. O maşından düşüb və özünü körpüdən atıb.

 

Hazırda axtarış-xilasetmə işləri davam edir.

 

Qeyd edək ki, Ömər “Bodrum masalı”, “Kadın”, “Fi”, “Merdiven baba” kimi bir çox ekran işinin operatoru olub.Axşam.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki