Cəsarət, qələbə və sədaqət.
Referans.az xəbər verir ki, bu sözlər Türkiyənin Milli Müdafiə Nazirliyinin “X”dəki hesabında 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən Hərbi paradla bağlı paylaşımında yer alıb.
“Qısaca: Türkiyə, Azərbaycan və Pakistanın qardaşlığı! Hər biri Ay-ulduz olan qəhrəmanlarımız bu gün Azərbaycanın Zəfər Günündə bir ürək və bir yumruq oldular.
Türkiyədən Azərbaycan və Pakistandakı qardaşlarımıza salamlar!”, – paylaşımda qeyd olunub.























