Türkiyə səfirliyi Azərbaycan Ordusunu təbrik etdi

  Türkiyənin Azərbaycandakı səfirliyi 26 İyun – Silahlı Qüvvələr Günü münasibəti ilə Azərbaycanın Silahlı Qüvvələrini təbrik edib.

Referans xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin sosial media hesabında paylaşım edilib.

“Qardaş Azərbaycanın şanlı Silahlı Qüvvələrini 26 İyun – Silahlı Qüvvələr Günü münasibəti ilə ürəkdən təbrik edir və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayırıq”, – deyə paylaşımda deyilir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki