Türkiyənin paytaxtına qar yağdı: Ankara ağ örpəyə büründü - VİDEO

Türkiyənin paytaxtı Ankarada noyabrın 10-da gözlənilməz qar yağışı müşahidə olunub. Günorta saatlarında başlayan yağıntı şəhər mərkəzində zəif, yüksək dağlıq ərazilərdə isə daha intensiv olub.

Referans Media xəbər verir ki, qar nəticəsində paytaxtın bəzi küçə, prospekt və parkları ağ örpəyə bürünüb. Əsas yollarda nəqliyyatın hərəkəti normal davam edib, ciddi problem qeydə alınmayıb.


Ankaranın Beypazarı rayonunda və ətraf yüksəkliklərdə qar yağışı xüsusilə təsirli olub. Rayonun tarixi evlərinin yerləşdiyi ərazilərdə qış mənzərələri yaranıb.

Beypazarının Uşakgöl yaylasında qar örtüyünün hündürlüyü təxminən 10 santimetrə çatıb. Yaylada olan sakin Abdullah Öztürk qar yağışının güclü olduğunu və hələ kəndə qayıtmadıqlarını bildirib. O, soyuqdan qorunmaq üçün soba yandırdıqlarını, heyvanları üşüməyə qoymamağa çalışdıqlarını deyib.


Ankaranın Çubuk rayonunda da qar yağışı həm mərkəzdə, həm də yüksək ərazilərdə təsirli olub. Xüsusilə Karagöl Təbiət Parkında yaranan mənzərə təbiətsevərlərin diqqətini çəkib.

Bələdiyyə və aidiyyəti qurumların əməkdaşları yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün əsas marşrutlarda, ara küçələrdə və kənd ərazilərində hazır vəziyyətdə saxlanılıb.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki