image-481988backend

TÜRKPA-nın yeni Baş katibi seçildi

Bu gün Qazaxstanın paytaxtı Astana şəhərində keçirilən 14-cü Plenar Sessiyasında Azərbaycan Milli Məclisinin deputatı Ramil Həsən Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) yeni Baş katibi seçilib.

“Referans” xəbər verir ki, onun namizədliyi Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova tərəfindən irəli sürülüb.

Onun namizədliyi TÜRKPA-ya üzv ölkələrin Parlament Sədrlərinin və millət vəkillərinin yekdil qərarı ilə təsdiqlənib.

Qeyd edək ki, Ramil Həsən 2009–2013-cü illərdə də TÜRKPA-nın Baş katibi vəzifəsini daşıyıb./Report/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki