Vətən müharibəsi şəhidinin qardaşı vəfat etdi

Vətən müharibəsi şəhidi Qəhrəman Nəsirovun ailəsinə ağır itki üz verib.

Referans Media  Xitab24.az-a istinadən xəbər verir ki, şəhidin qardaşı Rəsul Nəsirov dünyasını dəyişib.

Onun vəfat səbəbi hələlik bəlli deyil.

Məlumata görə, Rəsul Nəsirov Xüsusi Təyinatlı Qüvvələrdə gizir rütbəsində xidmət edirmiş. 

Xatırladaq ki, Qəhrəman Nəsirov Vətən müharibəsi zamanı Cəbrayıl istiqamətində şəhidlik zirvəsinə ucalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki